Rusiyada son sutkada 24 217 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 24 217 nəfər koronavirusa yoluxub
  • Clock-gray 12:02
  • calendar-gray 06 Yanvar 2021

Rusiyada son sutka ərzində daha 24 217 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bunula ölkədə COVID-19-a yoluxanların 3 308 601 nəfərə çatıb.

Son sutka ərzində 445 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 59 951 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər