Rusiyada bir gündə koronavirusdan 590 nəfər ölüb

Rusiyada bir gündə koronavirusdan 590 nəfər ölüb
# 16 yanvar 2021 12:17 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 24 092 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 544 623 nəfərə çatıb.

Son sutka ərzində 590 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 65 085 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR