Rusiyada son sutkada koronavirusdan 560 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 560 nəfər ölüb
# 12 dekabr 2020 12:04 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 137 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 625 848 nəfərə çatıb.

Son sutka ərzində 560 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 46 453 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR