Rusiyada sürücü pulu olmayan şagirdi 20 dərəcə şaxtada avtobusdan düşürüb

Rusiyada sürücü pulu olmayan şagirdi 20 dərəcə şaxtada avtobusdan düşürüb
# 14 mart 2021 04:48 (UTC +04:00)

Rusiyanın Maqadan vilayətində sürücü gedişhaqqı üçün pulu olmayan 13 yaşlı məktəblini 20 dərəcə şaxta olmasına baxmayaraq, dayanacaqda avtobusdan düşürüb.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bununla bağlı vilayət Prokurorluğu dərhal araşdırmaya başlayıb.

Maqadan vilayətinin Qubernatoru Sergey Nosov bu vəziyyəti nəzarətdə saxlayacağını bildirib. Hadisənin qeyri-qanuni olduğunu deyən qubernator məsələ ilə bağlı bütün sürücülərlə izahlı iş aparılması barədə göstəriş verib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının avtomobil nəqliyyatı və şəhər elektrik nəqliyyatı ilə bağlı qanunda etdiyi son dəyişikliyə görə, 16 yaşadək uşaqlar böyüklərin müşayiəti olmadan ictimai nəqliyyatda səyahət edirsə, onların məcburi endirilməsi qadağandır.

Qanunda əks olunan bu qayda federal səviyyədə qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR