Rusiyada yaşayış binasında partlayış olub, ölən var

Rusiyada yaşayış binasında partlayış olub, ölən var
# 19 mart 2021 12:29 (UTC +04:00)

Moskva vilayətinin Ximki şəhərində çoxmənzilli binada partlayış baş verib.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, doqquz mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Bildirilib ki, partlayış nəticəsində otaqlar arasında divar uçub, uçqun altında iki uşağın qaldığı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR