Rusiyada yaşayış evində baş vermiş yanğın 4 uşağın ölümünə səbəb olub

Rusiyada yaşayış evində baş vermiş yanğın 4 uşağın ölümünə səbəb olub
# 17 mart 2021 08:42 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində baş vermiş yanğın zamanı dörd uşaq ölüb. Daha bir uşaq və bir yetkin insan xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.

“Lesosibirskdə ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 2, 5, 10 və 17 yaşlarında dörd uşaq ölüb, aralarında iki nəfər yaralanıb. Onlardan birinin 12 yaşı var”, - deyə məlumatda qeyd olunub.

Rusiya FHN yanğının söndürüldüyünü bildirib.

Yanğının səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR