Rusiyada yük maşını hərbi avtobuslara çırpılıb, dörd hərbçi ölüb

Rusiyada yük maşını hərbi avtobuslara çırpılıb, dörd hərbçi ölüb
  • Clock-gray 17:57
  • calendar-gray 11 Yanvar 2021

Moskva vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, hərbçiləri daşıyan avtobus karvanı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 hərbçi ölüb, xeyli insan xəsarət alıb. Xəsarət alanlardan 21-i xəstəxanaya yerləşdirilib.  

Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.

İlkin məlumata görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.

apa-logo-mini

Digər xəbərlər