Rusiyadan Gürcüstana gedən avtobus aşıb, 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiyadan Gürcüstana gedən avtobus aşıb, 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb
# 26 dekabr 2019 22:23 (UTC +04:00)

Rusiyanın Lipetsk vilayətindəki M-4 Don avtomobil yolunun 356-cı km-də avtobusun aşması nəticəsində iki nəfər ölüb, 15 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Stanovlyansk rayonunun vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

“17 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanada ölüb”, - məlumatda belə deyilir.

Ehtimal olunur ki, sürücü sürüşkən yolda idarəetməni itirib və avtobus xəndəyə düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəza yerinə əməliyyat xidmətlərinin nümayəndələri göndərilib. Qəzanın səbəbləri hazırda müəyyən edilir. Bildirilir ki, avtobus Moskva - Tbilisi reysi ilə hərəkət edirmiş.

Avtobusun sürücüsünün və bütün sərnişinlərin Gürcüstan vətəndaşları olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR