Rusiyanın Federal Təhlükəsizlik Xidməti Başqırdıstanda terror aktının qarşısını alıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Başqırdıstanda terror aktının qarşısını alıb
# 22 yanvar 2021 11:49 (UTC +04:00)
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Başqırdıstanda terror aktı törətməyi planlaşdıran radikal İslamçını saxlayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı hücum planlaşdıran, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşını saxlayıb. Saxlanılan şəxs terror aktı törətməyi planlaşdırdığını etiraf edib. Onun qaldığı yerdən silah və kustar üsulla hazırlanmış partlayıcı hissələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin "Həyat Təhrir əş-Şam" terror qruplaşması ilə yazışdığı və onlaradan təlimatlar aldığı müəyyən edilib.
"Həyat Təhrir əş-Şam" Suriyada vətəndaş müharibəsində iştirak edən əsas radikal islamçı qruplardan biridir. Bu terror qruplaşması 2017-ci ildə Cəbhat Fəth Şamın (Cəbhət ən-Nusra) əsasında yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR