Rusiyanın veteran təşkilatları Putindən 9 may paradının təxirə salınmasını xahiş ediblər

Rusiyanın veteran təşkilatları Putindən 9 may paradının təxirə salınmasını xahiş ediblər
# 15 aprel 2020 15:21 (UTC +04:00)

Rusiyanın veteran təşkilatları Prezident Vladimir Putindən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunan 9 may paradının təxirə salmasını xahiş ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya veteran təşkilatlarının V. Putinə müraciətində bildirilib.

Qeyd edək ki, Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı günbəgün artmaqda davam edir. Son açıqlanan məlumatlara görə, son sutka ərzində ölkə ərazisində 3388 nəfər COVİD-19 virusuna yoluxub. Ümumilikdə indiyə kimi Rusiyada koronavirusa yoluxanların sayı 24 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR