Səhiyyə naziri: "Rusiyada koronavirusla bağlı bütün məhdudiyyətlər 2021-ci ilin fevralında ləğv edilə bilər”

Səhiyyə naziri: "Rusiyada koronavirusla bağlı bütün məhdudiyyətlər 2021-ci ilin fevralında ləğv edilə bilər”
# 17 iyun 2020 07:12 (UTC +04:00)

“Rusiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən bütün məhdudiyyətlər gələn ilin qışında - fevral ayında ləğv edilə bilər”.

APA “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə naziri Mixail Muraşko “Birinci kanal”da bildirib.

Nazir qeyd edib ki, bunun qarşısı profilaktik dərman preparatları sayəsində alına bilər: “Düşünürəm ki, məhz bu baxımdan bütün məhdudiyyətlərin ləğvi gələn il fevral ayında mümkün olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR