Şoyqu: "BMT Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı təklifimizə cavab verməyib"

Şoyqu: "BMT Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı təklifimizə cavab verməyib"
# 17 aprel 2021 14:47 (UTC +04:00)

"BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Zvezda" telekanalında yayımlanan filmdə bildirib.

"Noyabrda bütün bunlar baş verəndə, biz BMT-nin mina əleyhinə mərkəzinə gəlmələrini söylədik. Orada hər yer uzununa-eninə minalanıb. Ora insanlar qayıda bilmirlər. Kimsə gəldi? Hələlik heç kəs", - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR