Tbilisidə Azərbaycan-Gürcüstan təhsil əlaqələri müzakirə edilib

Tbilisidə Azərbaycan-Gürcüstan təhsil əlaqələri müzakirə edilib
# 12 fevral 2020 21:45 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.

APA-nın yerli bürosu Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib.

Rektor G.Şarvaşidze bildirib ki, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə yaxın vaxtlarda Azərbaycana səfər planlaşdırır. Bildirib ki, hər il Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı daha da artır və bu, ölkələr arasında əlaqələrin inkişafı baxımından müsbət hadisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR