Paşha Bank
Bank Of Baku

Bakı CAMCA Regional Forum 2026-ya ev sahibliyi edəcək

Bakı CAMCA Regional Forum 2026-ya ev sahibliyi edəcək
# 29 sentyabr 2026 13:12 (UTC +04:00)

Oktyabrın 1-2-də Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forum keçiriləcək.

"APA-Economics" xəbər verir ki, forum özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksək səviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirəcək. İki gün davam edəcək tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün imkanlar müzakirə olunacaq.

Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintech, təhsil, turizm və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara həsr edilmiş panel müzakirələri və sessiyalar keçiriləcək.

2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.

2026-cı ildə Bakının ev sahibliyi edəcəyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR