XİN: ABŞ tərəfi Putinin Baydenlə açıq videokonfrans rejimində danışıqlar təklifini dəstəkləməyib

XİN: ABŞ tərəfi Putinin Baydenlə açıq videokonfrans rejimində danışıqlar təklifini dəstəkləməyib
# 22 mart 2021 14:33 (UTC +04:00)

ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə videokonfrans formatında açıq rejimdə danışıqlar aparması təklifini dəstəkləməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Təəssüflə qeyd edirik ki, ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə ikitərəfli problemləri, eləcə də ikitərəfli sabitlik mövzusunu müzakirə etmək üçün videokonfrans formatında açıq rejimdə martın 19-da və ya 22-də danışıqlar aparması təklifini dəstəkləməyib.

Rusiya-Amerika münasibətlərində Vaşinqtonun günahı ilə yaranan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir fürsət əldən verildi. Bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür”,deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR