ABŞ-ın beyin mərkəzi: Rusiya Azovstal kombinatına yeni hücuma hazırlaşır

ABŞ-ın beyin mərkəzi: Rusiya Azovstal kombinatına yeni hücuma hazırlaşır
# 25 aprel 2022 11:15 (UTC +04:00)

Rusiya Mariupolda Azovstal kombinatına yeni hücuma hazırlaşır.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə ABŞ-da fəaliyyət göstərən əsas beyin mərkəzlərindən biri - Müharibə Araşdırmaları İnstitutunun məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri Azovstal kombinatını bombardman etməyə davam ediblər və bu müəssisəyə yeni hücum üçün hazırlıq ola bilər.

Beyin mərkəzinin məlumatında vurğulanıb ki, zavoddakı ukraynalı müdafiəçilər davamlı təzyiq altında saxlanılırlar. Əlavə olunub ki, rusiyalı komandirlər ukraynalı döyüşçülərin aclığa məhkum edilməsini istəyirlər, lakin Mariupolun Moskva tərəfindən verilmiş son tarixədək tam ələ keçirilməsi üçün zavoda tələsik hücum həyata keçirə bilər.

Qeyd olunub ki, bu hücum Rusiyanın ağır itkilər verməsinə səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR