ABŞ Rusiyaya göndərdiyi yazılı cavabı ictimaiyyətə açıqlamayacaq

Entoni Blinken

© APA | Entoni Blinken

# 26 yanvar 2022 22:53 (UTC +04:00)

ABŞ Rusiyaya göndərdiyi yazılı cavabı ictimaiyyətə yaymayacağını açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuata açıqlamasında deyib.

Dövlət katibi bildirib ki, bu gün ABŞ-ın Rusiyadakı səfiri Ceyk Sallivan yazılı cavabı Rusiya XİN-ə təqdim edib. Blinken bildirib ki, təqdim olunan sənəddə Rusiyanın təhlükəsizliyi təhdid edən hərəkətləri ilə bağlı ABŞ, onun müttəfiqlərinin və tərəfdaşlarının narahatlıqları əks olunub. Həmçinin sənəddə Rusiyanın qaldırdığı məsələlərin praqmatik qiymətləndirilməsi və ABŞ-ın öz təklifləri əks olunub: "Biz sənəddə də bəyan etmişik ki, əsas prinsiplər var və biz bu prinsipləri müdafiə etməyə sadiqik. Bura Ukraynanın suverenliyi və ərazi bütövlüyü, hər bir ölkənin özünün müttəqiflərini seçməklə bağlı suveren hüququ daxildir".

Dövlət katibi deyib ki, sənəddə qarşılıqlı şəffaflıq addımlarının atılmasının mümkünlüyünə də toxunulub. Bura etimadın artırılması üçün Avropada hərbi təlimlərin, manevrlərin keçirilməsi məsələsi, silahlara nəzarət mexanizmi daxildir: "Əgər danışıqlar xoş niyyətlə davam edərsə bizim, müttəfiqlərimizin və tərəfdaşlarımızın narahatlığı nəzərə alınarsa, biz qarşılıqlılıq prinsipinə əsaslanaraq Rusiyanın qaldırdığı məsələlərə baxacağıq. Sənəddə mənim Kiyev, Berlin və Cenevrədə dediklərim əks olunub. Biz dialoqa açığıq və diplomatiyaya üstünlük veririk. Rusiya Ukraynaya qarşı aqressiyanı dayandırarsa və de-eskalasiya istiqamətində addımlar atarsa biz komunikasiyanın mümkünülyünə və irəli doğru getməyə inanırıq."

ABŞ dövlət katibi yazılı sənəd hazırlanarkən bunun Ukrayna və Avropadakı müttəfiqlərlə koordinasiya olunduğunu vurğulayıb: "Biz həftələrlə müzakirə apardığımız tərəfdaşlarımızın fikir və təkliflərini də Moskvaya təqdim etdiyimz sənəddə nəzərə almışıq".

ABŞ dövlət katibi NATO-nun da ayrıca olaraq öz yazılı sənədini Moskvaya təqdim etdiyini qeyd edib: "Biz sənədi ictimaiyyətə yaymayacağıq çünki inanırıq ki, diplomatiyada uğur şansı o zaman olur ki məxfi danışıqlar imkanı olsun və bizim Rusiyanın oxşar addımı atacağı ilə bağlı ümidimiz və gözləntimiz var. Ümid edirəm ki, Moskva sənədlə tanış olduqdan sonra mən qarşıdakı günlərdə Lavrovla görüşəcəyəm və biz növbəti addımları müzakirə edə biləcəyik. Diplomatiyaya gəldikdə, bizim ciddiliyimiz və qərarlı olmağımızla bağlı heç bir şübhə olmamalıdır."

ABŞ dövlət katibi qeyd edib ki, diplomatiya və dialoq istiqamətində addımlar atılmaqla yanaşı, Ukraynanın öz müdafiə qabiliyyətini artırması üçün ABŞ və müttəfiqləri bu ölkəyə hərbi yardım göndərir və bu proses davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR