Alişer Usmanov və İrina Viner boşanıb

Alişer Usmanov və İrina Viner boşanıb
# 06 iyul 2022 15:46 (UTC +04:00)

İş adamı Alişer Usmanov və Rusiyanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi İrina Viner rəsmi olaraq boşanıblar.

APA xəbər verir ki, bu barədə Baza “Telegram” kanalında məlumat yayılıb.

Bildirib ki, iyulun 4-də Moskvanın vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən şöbələrindən birində milyarderlə məşqçi ayrılıblar.

Qeyd edək ki, 68 yaşlı Alişer Usmanov və 73 yaşlı İrina Viner 1992-ci ildə evləniblər. Onların ortaq övladları yoxdur.

Xatırladaq ki, Alişer Usmanov Rusiyanın ən zəngin insanlarının reytinq cədvəlində yeddinci sıradadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR