Belarus Polşa ilə sərhəddə hərbi təlimlərə başlayıb

Belarus Polşa ilə sərhəddə hərbi təlimlərə başlayıb
# 08 sentyabr 2022 10:33 (UTC +04:00)

Belarus Polşa ilə sərhəddə yerləşən Brest şəhəri yaxınlığında, paytaxt Minsk və ölkənin şimal-şərqindəki Vitebsk rayonunda hərbi təlimlərə başlayıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, məlumatı Belarus Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, hərbi təlimlərin sentyabrın 14-dək davam etməsi planlaşdırılıb.

Məlumata görə, təlimlərdə belaruslu hərbçilər “düşmən tərəfindən müvəqqəti ələ keçirilmiş ərazilərinin azad edilməsi” və sərhəd rayonlarında nəzarətin bərpa edilməsi tapşırıqlarını icra edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR