Belarus səfiri Gürcüstan XİN-ə çağırılıb - FOTO

Belarus səfiri Gürcüstan XİN-ə çağırılıb - FOTO
# 28 sentyabr 2022 17:48 (UTC +04:00)

Belarusun Gürcüstandakı səfiri Anatoli Lis Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, səfiri Anatoli Lis Belarus Prezidenti Aleksandr Lukaşenkonun separatçı Abxaziyaya səfəri ilə əlaqədar XİN-ə çağırılıb.

Qeyd olunub ki, Belarus səfirindən Lukaşenkonun işğal altındakı Abxaziyaya səfəri və separatçı rejimin nümayəndələri ilə görüşlər keçirməsinə aydınlıq gətirməsi istənilib. Məlumata görə, Gürcüstan məsələ ilə əlaqədar son dərəcə narahat olduğunu qarşı tərəfə çatdırıb.

Xatırladaq ki, Belarus Prezidenti bu gün Gürcüstanın Abxaziya bölgəsinə səfər edərək orada qondarma rejimin "prezidenti" ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR