Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
# 03 noyabr 2022 16:00 (UTC +04:00)

Böyük Britaniya səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya səfirinə düşmən təxribatlarının yolverilməzliyi vurğulanıb və onların dərhal dayandırılması tələbi irəli sürülüb.

Bundan əlavə, krallığın Ukrayna güc strukturlarının hazırlığında fəal iştirakı ilə bağlı etiraz bildirilib.

“Moskvanın Londonun Kiyevə müəyyən sayda pilotsuz sualtı aparat ötürməsi barədə məlumatı var”, deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR