Rusiyanın Dağıstan Respublikasında 2 silahlı şəxs öldürülüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin İnformasiya Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Mahaçqalada keçirilən əməliyyatda öldürülən şəxslər şəhərin enerji obyektlərindən birində terror aktı planlayıblar.