Dağıstanın sabiq baş naziri qəzada ölüb

Dağıstanın sabiq baş naziri qəzada ölüb
# 06 yanvar 2023 04:25 (UTC +04:00)

Dağıstanın sabiq baş naziri Maqomed Abdulayev yol qəzasında ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə Mahaçqalada baş verib.

Piyada keçidində vurulan 61 yaşlı kişi xəstəxanaya çatdırılsa daonun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maqomed Abdulayev respublikanın başçısı Maqomedsalam Maqomedovun (2010-2013, hazırda Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini) və Prezident Dmitri Medvedevin (hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini) dövründə Dağıstan hökumətinin sədri işləyib.
Abdulayev Dağıstan Respublikası hökumətindən ayrıldıqdan sonra Dağıstan Pedaqoji Dövlət Universitetinə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR