Duma separatçı bölgələrdəki "referendumlar"la bağlı iş planına dəyişiklik edib

Duma separatçı bölgələrdəki "referendumlar"la bağlı iş planına dəyişiklik edib
# 28 sentyabr 2022 13:33 (UTC +04:00)

Rusiya Dövlət Duması Ukraynanın separatçı bölgələrində keçirilən "referendumlar"la bağlı iş planına dəyişiklik edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Dumanın spikeri Vyaçeslav Volodin bildirib ki, parlament "referendumlar" ın nəticələrinə dair qərarların qəbulu üçün iş planına düzəliş etməlidir.

O qeyd edib ki, Duma "referendumlar" ların nəticələrinə əsasən lazımi qərarlar qəbul etmək üçün regional həftəni daha gec tarixə keçirəcək.

Volodin həmçinin bildirib ki, Dövlət Dumasının deputatlarının bu həftə Moskvada işləməsinə ehtiyac var.

Spiker Dumanın növbədənkənar plenar iclaslarının oktyabrın 3-ü və 4-də keçiriləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR