Əfqanıstan zəlzələsi Özbəkistanda 5-6 bal gücündə hiss olunub

Əfqanıstan zəlzələsi Özbəkistanda 5-6 bal gücündə hiss olunub
# 21 mart 2023 21:42 (UTC +04:00)

Axşam saatlarında Özbəkistanın əksər bölgələrində güclü yeraltı təkanlar hiss olunub.

APA yerli KİV-ə istinadla xəbər verir ki, titrəyişlər üfüqi xarakter daşıyıb və kifayət qədər uzun çəkib. Zəlzələnin episentrində maqnitudası 6,6 bal gücündə olub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi 220 km olub.

Zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə cənub-şərq istiqamətində 561 km olub.

Özbəkistanda uzun illərdir ki, belə güclü zəlzələlər hiss olunmur. Son illərdə onların intensivliyi 4 bala qədər olub.

Yeraltı təkanların gücü Surxandərya vilayətində 6 bal, paytaxt Daşkənddə və Buxara vilayətində 5 baladək olub. Daşkənd və digər böyük şəhərlərin sakinləri küçələrə axın edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR