Ermənistan müdafiə naziri Aİ missiyasının rəhbəri ilə görüşüb

Ermənistan müdafiə naziri Aİ missiyasının rəhbəri ilə görüşüb
# 02 noyabr 2022 16:43 (UTC +04:00)

Ermənistan müdafiə naziri Suren Papikyan Avropa İttifaqının (Aİ) Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "Twitter"də bildirib.

Onun sözlərinə görə, müdafiə naziri Papikyan bu gün Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri Marek Szczygieli və Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorini qəbul edib.

"Monitorinq missiyasının işini yüksək qiymətləndirən müdafiə naziri Missiyanın işlərinə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib. Monitorinq Missiyasının fəaliyyəti və əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə edilib”, - o deyib.

Qeyd edək ki, Aİ Ermənistana (Azərbaycanla sərhəddə) monitorinq ekspertlərini Gürcüstandakı Avropa İttifaqının Monitorinq Missiyasından (EUMM Georgia) göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR