Ermənistan müxalifəti aprelin 25-dən kütləvi etirazlara başlayır - YENİLƏNİB

Ermənistan müxalifəti aprelin 25-dən kütləvi etirazlara başlayır - YENİLƏNİB
# 22 aprel 2022 16:59 (UTC +04:00)

Aprelin 25-də Ermənistanın hər tərəfindən paytaxt Yerevana doğru yürüş təşkil olunacaq.

APA-nın məlumatına görə, bunu Daşnaksütyun Partiyasının deputatı, Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyan videomüraciətində bildirib.

O deyib ki, həmin tarixdən genişmiqyaslı küçə nümayişləri və ənənəvi məşəl yürüşü keçiriləcək.

"İndi real fəaliyyətin vaxtıdır. Əlimizdəki resurslarımız və minlərlə tərəfdarımızla mübarizəyə başlayırıq. Əsas məqsəd hakimiyyətdəki satqınların devrilməsidir. Aprelin 25-dən kütləvi aksiyalara start veriləcək. Həmin gün 4 istiqamətdən paytaxt Yerevana yürüş təşkil olunacaq. Aksiya və nümayişlərimiz mütəmadi olaraq davam edəcək", o deyib.

***

16:28

Ermənistan müxalifəti aprelin 25-dən hökumətə qarşı aktiv etiraz aksiyalarına başlayacaq.

APA-nın “news.am”a istinadən xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan bildirib. O, deyib ki, başlanacaq genişmiqyaslı etiraz aksiyalarına “Ermənistan” blokunun nümayəndələri də qoşulacaq.

A.Vanetsyanın sözlərinə görə, əsas tələblər: hakimiyyətin istefası, dövlətçiliyin bərpası və gücləndirilməsi, təhlükəsizlik problemlərinin həlli və əhalinin rifahının yaxşılaşdırılması olacaq.

“Təsəvvür etməzdim ki, aksiyamız insanların şüuruna bu qədər ciddi təsir göstərəcək. Nikol və onun komandası Ermənistanın maraqlarına zidd hərəkət etdi. Xalq deyir ki, Azərbaycana hər hansı güzəştdən söhbət gedə bilməz. Bu, siyasi aksiya deyil, vətəndaş mübarizəsidir”, o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR