Ermənistan müxalifəti etiraz aksiyasını davam etdirir

Ermənistan müxalifəti etiraz aksiyasını davam etdirir
# 05 may 2022 02:55 (UTC +04:00)

Ermənistan müxalifəti etiraz aksiyasını davam etdirməyə qərar verib.

APA "RİA Novosti“yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

Saqatelyan qeyd edib ki, səhərdən Fransa meydanında etiraz aksiyası daha kütləvi formatda davam edəcək.

“Bizim məqsədimiz Paşinyana qeyri-legitim olduğunu bildirməkdir. Onun mandatı yoxdur, o, getməlidir” – deyə Saqatelyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR