Ermənistan müxalifəti gecəni İrəvanın mərkəzi meydanında keçirəcək - FOTO - YENİLƏNİB

Ermənistan müxalifəti gecəni İrəvanın mərkəzi meydanında keçirəcək - FOTO  - YENİLƏNİB
# 01 may 2022 17:58 (UTC +04:00)

Ermənistanın birləşmiş müxalifəti İrəvanın mərkəzindəki Fransa meydanında çadırlar qurub gecələməyə hazırlaşır.

Bazar ertəsi isə genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyaları başlayacaq.

APA bildirir ki, bunu bu gün keçirilən mitinqdə parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib.

"Əziz həmvətənlər, biz hamımız Fransa meydanında qalacağıq, bir müddət sonra burada çadırlar qurulacaq. Sabah səhər saat 08:30-da genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağıq. Bir neçə gündən sonra biz baş nazir Nikol Paşinyanın istefasına nail olacağıq”, - deyə o bildirib.

***

17:40

Ermənistan müxalifəti bazar ertəsi genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacaq.

APA TASS-a istinadən bildirir ki, bu barədə parlamentin vitse-spikeri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR