Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedir

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 16 noyabr 2022 12:03 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hindistanın daxili işlər naziri Amit Şahın dəvəti ilə bu ölkəyə səfər edəcək Armen Qriqoryan noyabrın 18-19-da Yeni Delhidə olacaq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi terrorizmin maliyyələşdirilməsi məsələsinə həsr olunmuş konfransda iştirak edəcək.

Səfər zamanı Armen Qriqoryanın bir sıra görüşlər keçirməsi də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR