Ermənistanda əsgər anaları hərbi məzarlıqda əklilləri aşırıb, polislə qarşıdurma olub - VİDEO

Ermənistanda əsgər anaları hərbi məzarlıqda əklilləri aşırıb, polislə qarşıdurma olub - VİDEO
# 21 sentyabr 2022 12:00 (UTC +04:00)

Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

“Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burda olmamalıdır. Onlar ən həssas yerdən vurdular”, - deyə etirazçılardan biri hökumət nümayəndələrinin əklillərini yığışdıran zaman deyib.

Polis ümumilikdə 30 nəfəri saxlayıb.

Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdi. Polisin müdaxiləsindən sonra Paşinyan məzarlığa maneəsiz daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR