Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu imiş - YENİLƏNİB-1

Ermənistanda intihar edən hərbçi Seyran Ohanyanın qohumu imiş - YENİLƏNİB-1
# 09 mart 2023 15:58 (UTC +04:00)

Ermənistanda ötən gün meşədə asılmış vəziyyətdə tapılan əsgərin Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın qohumu olduğu məlum olub.

APA Hraparak-a istinadən xəbər verir ki, müddətli hərbi xidmət keçən Andranik Ohanyanın Seyran Ohanyanın əmisi nəvəsi olduğu üzə çıxıb.

Xatırladaq ki, hadisə Tavuş vilayətində hərbi hissədə baş verib.

***

14:07

Müddətli hərbi xidmət keçən əsgərin meyiti meşədə ağacdan asılmış vəziyyətdə tapılıb.

APA xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsi bu gün baş vermiş əsgər ölümü hadisəsinin təfərrüatlarını açıqlayaraq bildirib.

Komitədən deyilib ki, hadisə Tavuş vilayətində baş verib. Qeyd olunub ki, faktla bağlı "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

Əlavə olunub ki, lazımi müayinələr təyin edilib, hərbçinin əsgər yoldaşları dindirilir.

***

12:24

Ermənistanda əsgər meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik hadisə ilə bağlı təfərrüatı açıqlamayıb, başvermə şəraitinin müəyyən edilməsi üçün araşdırma aparıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR