Ermənistanda nazir istefa verib

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 05 oktyabr 2022 18:59 (UTC +04:00)

Ermənistanın ədliyyə naziri Karen Andreasyan istefa verib.

APA xəbər verir ki, bu barədə o, özü sosial şəbəkələrdə məlumat paylaşıb.

“Bu gün mənim Ermənistanın ədliyyə naziri vəzifəsində son günümdür”, - Andreasyan yazıb.

Qeyd edək ki, parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyası Karen Andreasyanın Ermənistan Ali Məhkəmə Şurasının üzvlüyünə namizədliyini irəli sürüb. Onun Şuranın sədri olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR