Ermənistanda polis idarəsinə qumbara atan şəxs tutulub

Qumbara

© APA | Qumbara

# 12 yanvar 2023 13:20 (UTC +04:00)

Ermənistanın Vardenis polis idarəsinin binasına ötən gün kustar üsulla hazırlanmış qumbara atan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hadisə nəticəsində binaya ziyan dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtarış nəticəsində hadisəni törədən şəxsin 58 yaşlı yerli sakin olması müəyyən edilib.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR