Ermənistanda qadınlar hərbi xidmətə cəlb olunacaq

Ermənistanda qadınlar hərbi xidmətə cəlb olunacaq
# 11 yanvar 2023 13:35 (UTC +04:00)

Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması üçün qanun layihəsi hazırlanır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan açıqlama verib.

O, layihənin hazır olduqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcəyini vurğulayıb.

Arman Sarkisyan qadınların orduda xidmətinin sırf könüllü xarakter daşıyacağını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR