Ermənistanın Baş prokuroru Anna Vardapetyan Tbilisiyə rəsmi səfəri çərçivəsində gürcüstanlı həmkarı İrakli Şotadze ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Baş prokurorluğu yayıb. Bildirilib ki, söhbət zamanı ölkələr arasında cinayət hüququ sahəsində təcrübə mübadiləsinin önəmi vurğulanıb və gələcək əməkdaşlığın gücləndirilməsinə istək ifadə olunub.