Fransanın GTT şirkəti Rusiyada fəaliyyətini dayandırır

Fransanın GTT şirkəti Rusiyada fəaliyyətini dayandırır
# 03 yanvar 2023 01:51 (UTC +04:00)

Fransanın GTT (Qaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyanın “Zvezda” gəmiqayırma şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisini nəzərdə tutan müqaviləyə xitam verərək Rusiyada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Qrup Rusiyaya mühəndislik xidmətlərinin göstərilməsini qadağan edən Avropa sanksiyalarının səkkizinci və doqquzuncu mərhələlərini ətraflı nəzərdən keçirərək Federasiyada fəaliyyətini dayandırır”, - məlumatda deyilir.

Şirkət bildirib ki, GTT gələcəkdə Rusiya layihələrini sifarişlər portfelinə daxil etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR