Gürcüstanda Qurban bayramı qeyd edilir - FOTO

Gürcüstanda Qurban bayramı qeyd edilir - FOTO
# 11 avqust 2019 08:40 (UTC +04:00)

Gürcüstan müsəlmanları Qurban bayramını qeyd edirlər.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisidə yerləşən Cümə məscidində bu gün səhər saat 06:50-da bayram namazı qılınıb. Gürcüstan müsəlmanları İdarəsinin müftisi Yasin Əliyev APA-ya bildirib ki, bayram çərçivəsində Türkiyədən 215 baş iribuynuzlu heyvan göndərilib. Bunlardan 200 baş Türkiyə Diyanət İşləri Başqanlığı, 15 baş isə Türkiyə "Qızılay"ı tərəfindən hədiyyə olunub.

Qurbanlıq heyvanların 135-i azərbaycanlıların kompakt yaşadığı Şərqi Gürcüstanda, 65-i isə Acarıstan ərazisində kəsiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR