İnterpol Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışını dayandırıb.
APA xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia”ya Ermənistan Baş Prokurorluğundan təsdiqləyiblər.
Mikael Minasyan 2020-ci ilin martın 17-si təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və 23 mart tarixində İnterpol tərəfindən beynəlxalq axtarışa verilməsi üçün ona qarşı irəli sürülən ittihamla bağlı müvafiq sənədlər və faktlar təqdim olunub.
Hacı Cavadov