İsveçrənin Rusiyadakı səfirliyinin yaxınlığında minaaxtaranlar çalışır - YENİLƏNİB

Qumbara

© APA | Qumbara

# 23 fevral 2023 13:43 (UTC +04:00)

Moskvanın mərkəzindəki İsveçrə səfirliyi yanında içində “RQD-5” qumbarasına bənzər əşyanın olduğu paketin tapılması səbəbi ilə mühasirəyə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Ərazidə vəziyyətin sakit olduğu, minaaxtaranların çalışdığı və polis əməkdaşlarının ərazini mühafizə etdiyi qeyd olunub.

İsveçrə səfirliyi isə baş verənlərlə bağlı şərh verməyib.

***

12:42

İsveçrənin Rusiyadakı səfirliyinin ərazisində içində iki ədəd qumbara olan bağlama tapılıb.

APA xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR