Qriqori Karasin Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib

Qriqori Karasin Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib
# 10 sentyabr 2019 18:49 (UTC +04:00)

Rusiya Xarici İşlər nazirinin müavini - stats-katib Qriqori Karasin vəzifəsindən azad edilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Rusiya Prezidentinin digər sərəncamı ilə bu vəzifəyə Yevgeni İvanov təyin olunub.

Qeyd edək ki, Q. Karasin 2005-ci ildən bu vəzifəni tutub. O, Rusiya XİN-də MDB ölkələri ilə əlaqələri kurasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR