KİV: ABŞ Konqresinin spikeri Ermənistana səfər edəcək

Nensi Pelosi

© APA | Nensi Pelosi

# 15 sentyabr 2022 21:40 (UTC +04:00)

ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi yaxın günlərdə Ermənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Pelosi bazar günü İrəvana gələcək. O, Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşəcək.

Pelosini səfərdə konqresmen Ceki Speyer müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR