Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib

Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib
# 25 yanvar 2022 22:36 (UTC +04:00)

Rəsmi Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Ukrayna Xorvatiya Prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya Federasiyası ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir.

Xorvatiyanın Ukraynadakı səfiri Anica Camiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb”, - Ukrayna XİN-in bəyanatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR