Kreml: Ankaranın Rusiya-Ukrayna danışıqlarına dair təklifi hələlik müzakirə olunmayıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 21 yanvar 2022 13:52 (UTC +04:00)

Ankaranın Rusiya və Ukrayna arasında Türkiyədə rəsmi səviyyədə danışıqlar aparmaq ideyası hələlik müzakirə olunmayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodomir Zelenski arasında üzbəüz görüşün Türkiyədə keçirilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR