Kreml Latın Amerikasında hərbi bazanın yerləşdirilməsi məsələsinə münasibət bildirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 17 yanvar 2022 15:13 (UTC +04:00)

Kreml Rusiya hərbi infrastrukturunun Latın Amerikası ölkələrində yerləşdirilməsinin mümkünlüyü məsələsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya hərbi infrastrukturunun Kuba və Venesuelada yerləşdirilməsinin mümkünlüyü məsələsində həmin ölkələrin suverenliyini unutmaq olmaz.

"Əlbəttə ki, indiki vəziyyət kontekstində Rusiya öz şəxsi təhlükəsizliyini necə təmin etməyi düşünür”, - D.Peskov deyib.

Onun sözlərinə görə, Estoniyanın əlavə NATO kontingentini öz ərazisində yerləşdirməklə bağlı xahişi onu göstərir ki, Rusiyanın narahatlıq üçün əsası var: “Bu, gərginliyin artmasının səbəbkarı olmadığımızın sübutudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR