Litvanın Kalininqrad vilayətindən bir sıra malların tranzitini dayandırmaq qərarı görünməmiş bir qərardır, Rusiya bunu qanunsuz hesab edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, həqiqətən, görünməmişdir qərardır. Bu, hər şeyin pozulmasıdır. Biz başa düşürük ki, bu, Avropa İttifaqının müvafiq qərarı - sanksiyaların tranzitə də aid edilməsi ilə bağlıdır. Biz bunu da qanunsuz hesab edirik", - Kremlin sözçüsü vurğulayıb.