Kreml Lukaşenkonun Ukraynada əməliyyatların dayandırılması təklifinə münasibət bildirib

Kreml Lukaşenkonun Ukraynada əməliyyatların dayandırılması təklifinə münasibət bildirib
# 31 mart 2023 14:22 (UTC +04:00)

Ukraynadakı vəziyyətlə bağlı sülh planlarının həyata keçirilməsi hazırda mümkün deyil, çünki Kiyev müharibəni davam etdirməkdə israrlı olan kuratorlarına tabe olmaya bilməz.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq təklif etməsinə münasibət bildirərkən deyib.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinin Ukrayna ilə bağlı nizamlanma planının özünü və ayrı-ayrı müddəalarını müzakirə etdiyini söyləyib: "Lakin biz bu iki ideya dəstini (Si Cinpinin sülh planı və Aleksandr Lukaşenkonun hərbi əməliyyatları dayandırmaq və barışıq təklifi-red.) müqayisə etməyi çətin ki, məqsədəuyğun hesab edirik".

Peskov həmçinin bildirib ki, Pekinin planı indi həyata keçirilə bilməz.

"Onlar hazırda Ukrayna tərəfinin öz kuratorlarına, komandirlərinə tabe olmamasının mümkünsüzlüyü səbəbindən həyata keçirilə bilmir. Bu kuratorlar bildiyimiz kimi Kiyevdə oturmurlar və müharibənin davam etdirilməsində israrlıdırlar”, - deyə o əlavə edib.

Peskov onu da bildirib ki, Putin və Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasında Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı Minskin təşəbbüslərini müzakirə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR