Kreml: Putin-Fransisk görüşü ilə bağlı razılaşma yoxdur

Kreml: Putin-Fransisk görüşü ilə bağlı razılaşma yoxdur
# 04 may 2022 14:46 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Roma Papası Fransisk arasında görüşlə bağlı heç bir razılaşma yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Belə təşəbbüslər diplomatik xidmətlər vasitəsilə göndərilir. Görüşlərlə bağlı heç bir razılaşma yoxdur və əldə olunmayıb", - Kremlin sözçüsü vurğulayıb.

Peskov bu məsələ ilə bağlı heç bir təşəbbüsün elan olunmadığını da qeyd edib. O, belə bir görüşün keçirilməsinin zəruriliyini dəyərləndirməyib.

Qeyd edək ki, Roma Papası “Corriere della Sera” qəzetinə müsahibəsində Ukraynadakı münaqişənin həllinə kömək məqsədilə Putinlə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR