Kreml: Putin G20 sammitində iştirak etməyəcək - YENİLƏNİB

Kreml: Putin G20 sammitində iştirak etməyəcək - YENİLƏNİB
# 10 noyabr 2022 11:47 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammitində iştirak etməyəcək və Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

***

09:35

İndoneziya hökuməti Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın dəniz və investisiya məsələləri üzrə naziri Codi Maxarada deyib.

Onun sözlərinə görə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov onlayn formatda rəhbərlik edəcək.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR