Kreml: Putin Makronla danışmağı hələ ki planlaşdırmır

Kreml: Putin Makronla danışmağı hələ ki planlaşdırmır
# 06 dekabr 2022 12:00 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı hələ planlaşdırılmayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Makronun Rusiya lideri ilə dialoqu davam etdirmək istəyi barədə çox şey deməsinə baxmayaraq, bu istiqamətdə konkret addımlar atılmır.

"Hələ planlaşdırılmayıb. O, bu barədə çox danışır, Putinlə əlaqə və dialoq saxlamaq istəyir, lakin hələlik bu kontekstdə konkret addımlar atılmayıb", - deyə Kreml rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR